“Mənim çox yaxın dostum var, söz verdi ki, vida döyüşümə Jan Klod Van Dammı da gətirəcək”
Fanat.Az xəbər verir ki, bunu teleaparıcı Lalə Azərtaşa müsahibəsində tanınmış azərbaycanlı kikboksçu, K-1 növündə çıxış edən Zabit Səmədov deyib.
“Ola bilər ki, o, son yarışıma gəlsin. Uşaq vaxtı onun döyüşlərinə, filmlərinə baxıb idmanla məşğul olmuşam” - deyə, Z.Səmədov əlavə edib.
Qeyd edək ki, bu döyüş gecəsi sentyabrın 10-da keçiriləcək. Yarış saat 18:00-da başlayacaq. Zabit Səmədov "Yekəayaq" ləqəbli braziliyalı sabiq UFC döyüşçüsü Antonio Silva ilə qarşılaşacaq. Bu, Səmədovun karyerasında sonuncu – 116-cı döyüşü olacaq. Qalib gələcəyi halda, ona Beynəlxalq Karate və Kikboksinq İdmanı Assosiasiyasının (ISKA) kəməri təqdim olunacaq.