Niderlandın "Eyndhoven" klubunda çıxış edən Ozan Can Kökçü Azərbaycanın əsas millisinə dəvət alıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Eindhovens Dagblad" məlumat yayıb.
Nəşrin yazdığına görə, 24 yaşlı hücumameylli yarımmüdafiəçi Slovakiya və Qazaxıstan yığmalarına qarşı UEFA Millətlər Liqasının oyunları üçün heyətə cəlb olunub.
Daha əvvəl Azərbaycanın gənclər millisində forma geyinən Kökçü ilk dəfə əsas yığmamıza çağırılıb. O, yalnız 2020-ci ilin avqustunda Kipr və Lüksemburqla UEFA Millətlər Liqasının matçları üçün açıqlanan ehtiyat heyətdə olub. Lakin Kökçü toplanışda iştirak etməyib.
Türkiyə əsilli futbolçu Niderlandda klubunu ötən ay dəyişərək "Telstar"dan "Eyndhoven"ə keçib. Bu komanda səviyyəcə ikinci sayılan Erstedivizion təmsilçisidir.
Qeyd edək ki, sentyabrın 22-də Slovakiyanın qonağı olacaq Azərbaycan yığması, 3 gün sonra Qazaxıstanı qəbul edəcək.
Mirağa