Almaniya 3-cü liqasında 9-cu turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, millimizin də heyətində yer alan Dmitri Nazarovun komandası “Erzgebirge” səfərdə "Münhen 1860" ilə qarşılaşıb.
Nazarovun klubu 1:3 hesabı ilə məğlub olub.
32 yaşlı futbolçu sona qədər ehtiyatda qalıb.
“Erzgebirge” 3 xalla 20 komanda arasında sonuncu pillədə qərarlaşıb.
Emin