"Qarabağ"ın Avropa Liqasıın qrup mərhələsinəki rəqiblərindən olan "Olimpiakos" baş məşqçisi Karlos Korberanı istefaya göndərdiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, qərar Pirey təmsilçisi Yunanıstan çempionatının son turunda "Aris"ə uduzandan sonra qəbul edilib.
Korberan avqustun 11-də "Olimpiakos"a baş məşqçi təyin olunmuşdu. Onun rəhbərliyi altında pireylilər bütün turnirlərdə 11 matça çıxıb. Bunlardan 4-ü qələbə, 4-ü heç-heçə, 3-ü isə məğlubiyyətlə yekunlaşıb.
“Qarabağ” “Olimpiakos”a qarşı ilk matçını 6 oktyabrda səfərdə, ikinci oyununu isə 13 oktyabrda Bakıda keçirəcək.
Nihat