19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayır.
Fanat.Az xəbər verir ki, millimiz bu gün ilk oyununu keçirəcək.
Bolqarıstanın Albena şəhərində keçirələcək oyunda rəqib meydan sahibləri olacaq. Oyunu Estoniyadan olan hakim idarə edəcək.
Avropa çempionatı
Seçmə mərhələ, 2-ci qrup
18:00. Azərbaycan – Bolqarıstan
Hakimlər: Yoonas Yaanovits, Aron Harsinq (hər ikisi Estoniya), Eqill Qudlauqsson, Helqi-Mikael Yohansson (hər ikisi İslandiya).
Bolqarıstan, Albena şəhəri.