14:01 21.09.2022 524

"Paris-2024 uğrunda Məmmədəli Mehdiyevlə rəqabətə hazıram"  - Avropa çempionu

Çexiyanın paytaxtı Praqada keçirilmiş cüdo üzrə gənclər arasında Avropa çempionatının 90 kiloqram çəki dərəcəsində qızıl medalçısı Vüqar Talıbovun Fanat.Az-a müsahibəsi

- Vüqar, sonuncu dəfə əsas yarışlarda 2019-cu ildə yeniyetmələrin dünya birinciliyində mükafat qazana bilmişdin. Bu isə karyeranda ilk qitə çempionluğudur. Təəssüratlarını öyrənək.
- Doğru qeyd etdiniz ki, böyük yarışlarda çoxdandır nəticə verə bilmirdim. Avropa kuboklarında qalib və mükafatçı olsam da, bu o qədər də ciddi önəm daşımırdı. Nəhayət, medal, özü də də yalnız "qızıl" qazanmaq istəyirdim. Hazırlığım güclü idi, özümə inanırdım. Adı üstündə, Avropa çempionatı idi. Yarışın rəqabət səviyyəsi yüksək idi. Amma mən rəqiblərimin hamısından daha güclü oldum. 

- Avqustda dünya çempionatına qatılmışdınız. Ekvadorun Quayakil şəhərindəki mundialda yığmanın yeganə uğuru Elcan Hacıyevin qazandığı bürünc medal oldu. Dünya çempionatının daha çətin yarış olduğu məlumdur, amma aradakı bu qədər fərq də diqqət çəkməyə bilməz. Cəmi bir ay ərzində səndə və ümumilikdə yığmada nə dəyişdi?
- Özümlə bağlı əsas onu deyim ki, o yarışa hazır deyildim. Zədələrim də varıydı. Bu bir aylıq arada əsas fərq ondaydı ki, Göygöldə 10-dək ölkənin iştirakı ilə təlim-məşq toplanışı təşkil olundu. Böyüklərdən ibarət yığma da orada dünya çempionatına hazırlaşırdı. Birgə məşqlər mənə də, komanda yoldaşlarıma da çox yaxşı təsir elədi. Digər cüdoçuların da Ekvadorda uğursuz çıxışında məncə, yol uzaqlığı, uşaqların qısa vaxtda yarışın keçirildiyi ölkəyə uyğunlaşa bilməməsi də rol oynadı. 

- Hava limanında jurnalistlərə verdiyin açıqlamada məqsədinin Paris-2024 Yay Olimpiya Oyunlarına qatılmaq olduğunu dilə gətirmisən. Halbuki apreldəki müsahibəmizdə cari olimpiya tsikli barədə inamlı olmadığını, Parisə 90 kiloqram çəki dərəcəsində dünya reytinqinin liderlərindən biri Məmmədəli Mehdiyevin getməsinin demək olar ki, şübhəsiz olduğunu demişdin. Görünür, Avropa çempionluğu hədəfləri birə-beş böyüdüb.
- Sözsüz ki, nəticə olduqda adamın özünə inamı da artır. O vaxt sadəcə Avropa kuboku turnirlərinin qalibiydimsə, indi Avropa çempionuyam. Növbəti məqsəd böyüklərdə sözümü deməkdir. 

- Konkret olaraq, qarşıdakı iki ildə Mehdiyevlə rəqabətə hazırsan?
- Hazıram.

- 28-29 oktyabrda Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda U-23 Avropa çempionatı keçiriləcək. Ondan cəmi bir həftə sonra da Bakıda "Böyük Dəbilqə" turniri təşkil olunacaq. Belədə böyük ehtimalla bunlardan birini buraxmalı olacaqsan. Hansı yarış daha əhəmiyyətlidir?
- Bakıdakı "Böyük Dəbilqə". Hazırda əsas məqsədim orada yüksək səviyyədə çıxış edib böyüklərdə də medal hesabımı açmaqdır.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

13:43

"Zədəm tam sağalıb, artıq normal qaydada məşq edə bilirəm"

13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:39

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

09:48

"Ciddi niyyətlərimiz və planlarımız var" - "Araz-Naxçıvan"ın baş məşqçisi ÇL-in püşkünü dəyərləndirdi

09:25

Klublararası dünya çempionatı: 1/4 final mərhələsi başlayır

09:00

"Əl-Şabab" Fatih Terimi ispaniyalı məşqçi ilə əvəzlədi

00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

Facebookdan bizi izləməyi unutmayın.
X