16:53 21.09.2022 1115

"Səid Mollayidən çəkinmirəm, mənim artıran vaxtımdır, onun yox"  - MÜSAHİBƏ

Çexiyanın paytaxtı Praqada keçirilmiş cüdo üzrə gənclər arasında Avropa çempionatının 81 kiloqram çəki dərəcəsində qızıl medalçısı Elcan Hacıyevin Fanat.Az-a müsahibəsi

- Elcan, daha əvvəl gənclərdə iki dəfə dünya üçüncüsü olmuşdun. Gənclərdəki son ilində Avropa çempionatında da olsa, nəhayət, qızıl medal qazana bildin. Yarış barədə təəssüratlarını öyrənək.
- Gənclərdə son ilim olduğundan, bütün gücümü qoyub qızıl medal qazanmaq istəyirdim. Özümə çox inanırdım. Məndə bunadək "yarımfinal sindromu" var idi. Finalın bir addımlığında döyüşüm istədiyim kimi alınmırdı. Bu dəfə isə yarımfinalda yerli, yeniyetmələrdə dünya və Avropa çempionu olmuş idmançı ilə qarşılaşırdım. Ən çətin görüşüm də elə onunla oldu. Ona qədər bir dəfə o, bir dəfə mən qalib gəlmişdim. Qələbə ilə həm də şəxsi hesabı xeyrimə dəyişdim. Finaldakı italiyalı rəqibi isə bunadək iki dəfə udmuşdum, güləş tərzinə də yaxından bələdiydim deyə, elə çətinlik çəkmədim. 

- Avropa çempionatının komanda yarışında 90 kiloqramda mübarizə apardın. Hər üç görüşü də qələbə ilə başa vurdun. Boyunun da hündür olduğunu nəzərə alsaq, böyüklərdə yaxın gələcəkdə bu çəkidə çıxış etməyi düşünmürsən? 
- Bəli, 90 kiloda da güləşə bilərəm. Amma mən böyüklərdə 81 kiloda reytinqin ilk "iyirmiliy"indəyəm deyə, istəmirəm, çəkdiyim bu qədər əziyyət hədər olsun. 90 kiloya tezliklə uyğunlaşıb xal yığmaq çətin olacaq. Mənim məqsədim Paris-2024 Olimpiadasıdır. 

- Nə qədər çəki salmalı olursan? 
- Beş-altı kilo. Əziyyətlidir. Amma məqsədə çatmaq üçün bütün çətinliklərə qatlaşmalısan.

- Sənin çəkində dünyaca məşhur cüdoçu, dünya çempionu və olimpiya finalçısı Səid Mollayi çıxış edir. Belə çıxır ki, onunla rəqabətə hazırsan?
- Tam hazıram. İnanıram ki, 81 kiloda Olimpiadaya özüm gedəcəyəm. Məqsədim sadəcə iştirak deyil. Lisenziyanı hamı qazana bilər. Mən olimpiya medalı haqda düşünürəm.

- "Böyük Dəbilqə" turnirlərində medal hesabını açmısan. Hazırkı reytinqin də, bayaq dediyin kimi, yüksəkdir. Tsiklin sonunda ən azı lisenziya verən yerdə qərarlaşmağın kifayət qədər real səslənir. Ümumiyyətlə, azərbaycanlı gənclər arasında hazırda ən reytinqli idmançısan. Amma yəqin ki, bu inamı doğuran başqa səbəb və ya səbəblər də var. Nədir bu?
- Mənim 20, onun 30 yaşı var. Olimpiadaya da hələ iki il var. Mənim artıran vaxtımdır, onun yox. Məşqlərdə güləşmişik. Hər ikimiz qalib gəlmişik. Amma təbii ki, əsas məşq yox, yarışdır.

Ümumiyyətlə, 81 kiloda bir neçə tanınmış idmançı ilə istər təlim-məşqlərdə, istərsə də yarışlarda gücümü sınamışam. Qırğızıstanlı Asiya çempionu Vladimir Zoloyevi, 73 kiloda Avropa çempionu olmuş moldovalı Viktor Sterpunu məğlub etmişəm. Tbilisidəki "Böyük Dəbilqə"nin yarımfinalında cənubi koreyalı idmançı ilə başabaş güləşdik, sadəcə, xəbərdarlıqlar hesabına məni uddu. Halbuki həmin turnirdə yaponiyalı olimpiya çempionu Takanori Naqaseni, gürcüstanlı ikiqat Avropa çempionu, dünya finalçısı Tato Qriqalaşvilini rahatlıqla uddu. Yəni ümumiləşdirsək, istənilən rəqiblə döyüşə bilərəm. Getdikcə də daha yaxşı olacağıma inanıram. Belədə Səiddən niyə çəkinim ki?

- Azərbaycanın gənc cüdoçuları arasında sənin qədər iddialısı yoxdur. Çoxu adətən çəkinə-çəkinə danışıb.
- Heç kimdən çəkinmək lazım deyil. İnam olmalıdır ki, nəticə də olsun.

- Daşkənddəki dünya çempionatına qatılmayacaqsan. Onun ardınca isə "Böyük Dəbilqə" turnirləri var. Böyük ehtimalla həmin yarışlarda çıxış edəcəksən. Səndən bu il daha nə gözləyək?
- Dünya çempionatından sonra Əbu-Dabidə "Böyük Dəbilqə" yarışı var. Sadəcə, məlum deyil, yığma ora gedəcək, ya yox. Amma sağlıq olsun, noyabrda Bakıda olacaq yarışda iştirak edəcəyəm. Bu seriyada medallarım var. Hədəfim artıq birincilikdir.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
19:18

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

13:43

"Zədəm tam sağalıb, artıq normal qaydada məşq edə bilirəm"

13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:39

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

09:48

"Ciddi niyyətlərimiz və planlarımız var" - "Araz-Naxçıvan"ın baş məşqçisi ÇL-in püşkünü dəyərləndirdi

09:25

Klublararası dünya çempionatı: 1/4 final mərhələsi başlayır

09:00

"Əl-Şabab" Fatih Terimi ispaniyalı məşqçi ilə əvəzlədi

00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

Facebookdan bizi izləməyi unutmayın.
X