Azərbaycan millisinin futbolçusu Emin Mahmudov Slovakiyaya qarşı keçirəcəkləri matçdan - UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunun oyunundan əvvəl mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi belə danışıb:
"Komandada ümumi ab-hava qaydasındadır. Baş məşqçi necə oynamalı olduğumuzu izah edib. Onun tapşırıqlarını yerinə yetirməyə və meydanda vuruşaraq yaxşı nəticə qazanmağa çalışacağıq".
Qeyd edək ki, sentyabrın 22-də Trnava şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.