Azərbaycan yığmasının futbolçusu Renat Dadaşov UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda səfərdə Slovakiyaya 2:1 hesabı ilə qalib gəldikləri oyun barədə "CBC Sport"a danışıb.
Fanat.Az xəbər verir ki, matçda ilk qolun müəllifi olan 23 yaşlı hücumçu yaxşı oynadıqlarını bildirib:
"Qələbə qazandığımız üçün çox şadam. Bütün matçlara qalibiyyət üçün çıxırıq. Qazaxıstanla görüşdə də yaxşı nəticə əldə etmək istəyirik. Hər kəsi bu oyuna baxmağa dəvət edirik".
Qeyd edək ki, sentyabrın 25-də "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Qazaxıstan görüşü saat 20:00-da başlayacaq.