Qazaxıstan yığmasının futbolçusu Ramazan Orazov Bakıda Azərbaycan millisinə 0:3 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyununu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi "Vesti.kz" saytına müsahibəsində matçla bağlı bunları deyib:
"Azlıqda oynamaq çətindir, xüsusən də bu səviyyədə. Üstəlik, Belarusla matçdan cəmi iki gün keçmişdi. Nuralı Alipin qırmızı vərəqə almasından sonra işimiz daha da çətinləşdi. Millətlər Liqasındakı ümumi nəticədən razıyıq. Biz kifayət qədər yaxşı iş görmüşük".
Qeyd edək ki, Qazaxıstan yığması 13 xalla C Liqasının 3-cü qrupunu ilk pillədə başa vurub. 10 xal toplayan Azərbaycan millisi isə ikinci olub.
Mirağa