Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün yoldaşlıq oyununda qüvvəsini sınayıb.
Fanat.Az xəbər verir ki, yığmamız Moldova seçməsi ilə qarşılaşıb.
“Dalğa Arena”da keçiriləcək görüş saat 19:00-da başlayıb. Görüş qolsuz bərabərliklə yekunlaşıb.
Qeyd edək ki, daha öncə Samir Əliyevin yetirmələri "Şamaxı"ya 2:3 hesabı ilə uduzmuşdu.
Yoxlama oyunu
27 sentyabr
Azərbaycan – Moldova 0:0
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Müslüm Əliyev, Kamran Əliyev
“Dalğa Arena”