12:48 29.09.2022 395

"Hidayət dünya çempionatında "partlayış" eləməlidir" - Açıqlama

"Dünya çempionatında beş cüdoçunun medal şansları daha yüksəkdir".

Bunu Fanat.Az-a 6-12 oktyabrda Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatında Azərbaycan cüdoçularının imkanlarını dəyərləndirərkən respublikanın əməkdar məşqçisi Tərlan Həsənov deyib.

80 yaşlı mütəxəssisin sözlərinə görə, yetirməsi, ikiqat Avropa çempionu və ikiqat dünya üçüncüsü Hidayət Heydərov hazırkı forması ilə ən yüksək yer uğrunda mübarizə apara bilər:

"Öz yetirmələrim haqda daha konkret fikir bildirə bilərəm. Onlarla daimi əlaqədə olduğumdan, hazırlıq səviyyələrindən məlumatım var. Hidayət ilin əvvəlindən çox yaxşı formadadır. Yaşı da artıq 25-dir. Yetərincə təcrübəli idmançı sayıla bilər. Mənim fikrimcə, Hidayət bir "partlayış" eləməlidir. Ən azından, mükafatçılar sırasında olacağına inamım böyükdür. Özü də mənimlə danışanda deyib ki, bu dünya çempionatına hazırlığı yüksək səviyyədədir.

Məmmədəli Mehdiyev barədə Hidayət qədər inamlı danışa bilmirəm. Amma onun hazırda dünya reytinqinin lideri olması sıradan fakt deyil. Bu, ona əlavə motivasiya verməlidir. Ümumi götürəndə, medal qazanmaq imkanları az deyil".

Həsənov yığmanın digər üzvləri haqda bunları deyib:

"Rüstəm Orucov son vaxtlar stabil çıxış eləməsə də, böyük təcrübəsi hesabına yenidən sözünü deyə bilər. Üstəlik, Rüstəm yetərincə ambisiyalı idmançıdır, əlindən gələni edəcək ki, növbəti dəfə dünya medalçısı olsun. Digərlərindən isə xüsusi olaraq Səid Mollayini qeyd edə bilərəm. Həmçinin 100 kiloqramdakı Zelim Kotsoyevin nəhayət, dünya çempionatında sözünü demək vaxtı çatıb deyə düşünürəm. 

Digər tanınmış cüdoçulardan Kəramət Hüseynov və Orxan Səfərovun zədəsi var idi. Xeyli müddət yarışlara qatıla bilmədilər. Bu səbəbdən onlar haqda fikir söyləmək çətindir".

Qeyd edək ki, Azərbaycan mundialda 11 (9 kişi, 2 qadın) cüdoçu ilə təmsil olunacaq. Kişilərdən Kəramət Hüseynov (60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Səid Mollayi (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauri (+100 kq) mübarizə aparacaq. Qadınlardan isə Leyla Əliyeva (48 kq) ilə Gültac Məmmədəliyeva (52 kq) tatami üzərinə çıxacaq.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:56

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

16:29

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

16:17

Azərbaycan telekanalı "Traktor"un ÇL oyunlarını yayımlayacaq

16:10

“UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik”

15:53

İspaniya nəhəngi dünya çempionunun klubuna rəsmi təklif göndərəcək - MƏBLƏĞ

15:35

"Bu, özümü yenidən göstərmək üçün şansdır" - Quliyev Premyer Liqanı arzulayır

15:14

"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti dayandırıldı

14:57

Ronaldu Jotanın ölümü ilə bağlı paylaşım etdi

14:39

Kamal Quliyevin köməkçiləri bilindi

14:21

"Kəpəz" rəqiblərindən ikisini açıqladı

14:04

"Sumqayıt" qalanları saxlayacaq

13:46

"Mançester Siti" yeni qapıçı transfer etməyə yaxındır - MƏBLƏĞ

13:28

Klublarımızın avrokubok oyunlarını hansı kanallar yayımlayacaq? - AÇIQLAMA

13:05

"Liverpul"un vingeri bədbəxt hadisə nəticəsində həyatını itirdi

12:44

"Mingəçevir"in yarımmüdafiəçisi bu kluba keçdi

12:26

"Rəqib nə qədər güclü olsa da..." - "Zirə"nin kapitanı "Hayduk"la oyundan nə gözləyir?

12:08

AFFA rəsmisi ÇL-ə təyinat aldı

11:50

KONKAKAF: Finalçılar bəlli oldu

11:32

Azərbaycan millisi EEVZA-da 5-ci oldu

11:15

Azərbaycan ilə Özbəkistan DÇ-yə birgə ev sahibliyi üçün FIFA-ya müraciət edəcək

10:57

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:39

Flik 2 futbolçunun "Barselona"dan göndərilməsinə qadağa qoydu - ADLAR

10:20

"Qalatasaray" isveçrəlinin transferi üçün Osimhenlə İkardinin menecerini işə qoşdu

Facebookdan bizi izləməyi unutmayın.
X