10:35 30.09.2022 951

Erməni rəqibini məğlub edən 8 yaşlı şahmatçı: "Qələbəni ordumuza həsr edirəm"

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Gürcüstanın Batumi şəhərində şahmat üzrə üç yaş kateqoriyasında (U-8, U-10, U-12) dünya çempionatı keçirilib.

Mundialın 8 yaşadək şahmatçılar arasında yarışında ölkəmizi Əsnad Baxışzadə təmsil edib. Burada erməni şahmatçı ilə üz-üzə gələn Əsnad rəqibini 24 gedişə yenərək adından söz etdirib. 

Fanat.Az-a danışan Əsnadın atası Əmir bəy qızının sözügedən görüşə səhhətində problemlə çıxdığını deyib. Əsnad isə Ermənistandan olan rəqibi üzərində qələbəni Azərbaycan ordusuna həsr etdiyini bildirib. 

- Əmir bəy, Əsnad necə yaşından şahmatla məşğul olur?

- Onun Şahmata gəlişi erkən yaşlarında olub. 2013-cü ildə dünyaya göz açıb. Əsnad 5 yaşında ikən artıq şahmat oynayırdı.

- Hansı nailiyyətlər əldə edib?

- 2 dəfə Azərbaycan çempionu, Respublika Şahmat Olimpiadasının qalibi, Şəhid Ülvi Məmmədovun xatirəsində həsr olunmuş Beynəlxalq Zəfər Kubokunun qalibi, qitələr arası onlayn "Europe Queen Festival"ında bürünc mükafatın sahibi, komanda şəkilində isə 1-ci yer və "Chess Kids" beynəlxalq yarışının qalibi olub. Bundan əlavə, müxtəlif yarışlarda 60-a qədər diplom və medal qazanıb.

- Əsnadın Gürcüstanda keçirilən dünya çempionatında erməni rəqibini məğlub edib bunu ordumuza həsr etməsi sosial şəbəkələrdə böyük marağa səbəb oldu. Bu qərarı özü verdi?

- Əslində, yarışdan öncə səhhəti qaydasında deyildi. Yüksək hərarəti var idi. Bunu əvvəlcədən bildirdim. Özünə demişdim ki, bu, oyundur. Özün də xəstəsən, uduzsan belə, pis olma. Yəni başadüşüləndir. Bu yaşda uşağın xəstə halında ona təzyiq göstərmək yersiz olardı. Cavabında dedi ki, yox, mən erməni rəqibimi udacağam. Xəstə də olsam, sağlam da olsam, bu mübarizədən qalib ayrılacağam. Rəqibi də onunla həmyaşıd idi. Daha sonra Əsnad qeyd etdi ki, bu oyunu ordumuza həsr edəcəyəm. Əsnad çox vətənpərvərdir. Bunu sosial şəbəkə istifadəçiləri də bilir. Beləliklə həmin mərhələdə qalib gəldi və bildirdi ki, qələbəsini Azərbaycanı ordusuna həsr edir. 

- Həmin yarış yekun nəticəsi haqda məlumat almaq istərdim. Çıxışını necə başa vurdu? 

- Təəssüflər olsun ki, xəstəliyi sonradan daha da kəskinləşdi və məhz bu səbəbdən sonrakı mərhələlərdə istədiyi kimi çıxış edə bilmədi.

- Əsnad şahmat istisna olmaqla vaxtını daha çox nəyə sərf edir? Dərslərindəki göstəriciləri necədir? 

- Əsnad günün 5-6 saatını şahmatla məşğul olur. Başqa heç nəyə elə də vaxtı qalmır. Günün digər saatlarını velosiped sürməklə keçirir. Bununla da fiziki olaraq enerji sərf edir. Dərslərini oxumağından razıyıq. Üçüncü sinifi əla qiymətlərlə başa vurdu.

- Əsnad öz yaşıdlarına nə demək istəyir? Öz dilindən eşidək.

- Əsnad: Mən öz yaşıdlarıma tövsiyyə edirəm ki, onlar nə ilə məşğul olurlarsa, bu istiqamətdə ciddi irəliləsinlər. Mən istəyirəm ki, onlar daha da güclü olsunlar. Özlərinə güvənləri daha da çox olsun. 

Emin Şəmsiyev

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:33

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

13:43

"Zədəm tam sağalıb, artıq normal qaydada məşq edə bilirəm"

13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:39

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

09:48

"Ciddi niyyətlərimiz və planlarımız var" - "Araz-Naxçıvan"ın baş məşqçisi ÇL-in püşkünü dəyərləndirdi

09:25

Klublararası dünya çempionatı: 1/4 final mərhələsi başlayır

09:00

"Əl-Şabab" Fatih Terimi ispaniyalı məşqçi ilə əvəzlədi

Facebookdan bizi izləməyi unutmayın.
X