13:31 24.02.2023 1222

Heydər Əliyevin Azərbaycanın şahmat uğurlarında müstəsna rolu

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Azərbaycan güləş... ölkəsidir". Ölkəmizdə fəaliyyət göstərən bəzi əcnəbi futbol mütəxəssisləri istər yerli,istərsə də öz vətənlərinin mətbuatına verdikləri müsahibələrdə idmanımızın "ağır artilleriyası" statusunu daşıyan güləşlə yanaşı, zaman-zaman şahmatın da adını hallandırıblar. Bu, daha çox onların çalışdıqları idman növlərindəki uğursuzluğa bəhanə xarakteri daşısa da, qınamaq, razılaşmamaq da olmur... Bəli, Azərbaycan həm də şahmatçılar ölkəsidir. Dünya səviyyəli zəkalarımızın adlarını, yaş qrupları üzrə qazanılan nailiyyətləri sadalasaq, nəhəng, nümunəvi bir mənzərə alınar. 

Şahmatın inkişafı ölkəmizdə həyata keçirilən uğurlu idman siyasətinin tərkibində özünəməxsus yer tutur. Dünyaca məşhur idman növü üzrə əldə etdiyimiz uğurlar ölkəmizin təbliğində də mühüm rol oynayır.

Azərbaycanda zəngin tarixə malik olan şahmat ötən əsrin 70-ci illərində inkişaf etməyə başlayıb. Müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, bu idman növünə də xüsusi diqqət yetirildi. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə respublikada şahmat məktəbləri tikilməyə başladı, bir sıra vacib işlər görüldü. Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə 2009-2014-cü illərdə şahmatın inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi bu idman növünün inkifaşının yeni mərhələsi idi. Xüsusi vurğulayaq ki, Azərbaycan Beyəlxalq Şahmat Federasiyasının üzvü olan ölkələr arasında şahmatın inkişaf etdirilməsi üzrə xüsusi Dövlət Proqramı qəbul etmiş ilk dövlətdir. Ölkəmiz Olimpiada, Dünya Kuboku da daxil olmaqla, dəfələrlə nüfuzlu beynəlxalq şahmat turnirlərinə ev sahibliyi edib. Şahmata dövlət səviyyəsində xüsusi qayğı göstərilməsi ənənəsi davam edir. 

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.

Bildiyiniz kimi, ölkə başçısı İlham Əliyev ötən il 22 sentyabrda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı sərəncam imzalayıb.

Ölkəyə rəhbərlik etdiyi illər ərzində Ulu Öndərimiz şahmatın inkişafını daim diqqət mərkəzində saxlayıb. Məhz bu diqqətin nəticəsində Azərbaycanın hər yerində şahmat məktəbləri açılıb, yeni-yeni istedadlar aşkara çıxarılıb və onlar müxtəlif yarışlarda ölkəmizi layiqincə təmsil ediblər. 

Prezident Heydər Əliyevin “Azərbaycan uşaq şahmatçıları Teymur Rəcəbov və Vüqar Həşimova dövlət qayğısının artırılması haqqında” və “Azərbaycan uşaq şahmatçılarına dövlət qayğısının artırılması haqqında” 1998-ci ilin fevralında və yenə həmin ilin sonlarında iki sərəncam imzalamasından 25 il ötür. İndi biz o illərin uşaq şahmatçılarının dünyanın ən hörmətli, sayılıb-seçilən yüksək reytinqli qrossmeysterlərinə çevrilmələrindən 
qürur duyuruq. 

Hələ Sovet İttifaqı dövründə şahmat tacının Azərbaycana gətirilməsində – Harri Kasparovun dünya çempionu adını qazanmasında da görkəmli dövlət xadimi Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Həmin dövrdə Azərbaycanda qadın şahmatı da inkişaf etmişdi. Təmsilçilərimiz bir sıra böyük yarışlarda yüksək nəticələr göstərmişdilər. İslam dünyasında qadınlar arasında ilk beynəlxalq qrossmeyster, 2002-2007-ci illərdə Azərbaycan Şahmat Federasiyasının prezidenti olmuş Aynur Sofiyeva, eləcə də qrossmeysterlər Firuzə Vəlixanlı, İlahə Qədimova beynəlxalq şahmat dairələrində tanınmış simalardır.

Azərbaycan bu diqqəti hələ 1974-cü ildən özünə çəkməyə başlamışdı. Həmin il iyunun 21-də Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin təşəbbüsü ilə keçirilmiş respublika partiya fəalları yığıncağında bədən tərbiyəsi və idmanın vəziyyəti hərtərəfli müzakirə olunmuş, problemləri haqqında açıq söhbət getmişdi. Yığıncaqdan dərhal sonra vəziyyəti düzəltmək, respublikada idmanın bütün növlərinin, o cümlədən şahmatın inkişafında əsaslı dönüşə nail olmaq üçün təxirəsalınmaz tədbirlər həyata keçirilməyə başlandı. Tezliklə respublikanın, demək olar, bütün guşələrində şahmat məktəbləri açıldı, yüzlərlə, minlərlə uşaq və yeniyetmə təcrübəli mütəxəssislərin rəhbərliyi ilə qədim oyunun sirlərini həvəslə öyrənməyə başladı.

Bu gün ulu öndərin Vətəni Azərbaycan həm də dünyada Avropa Oyunlarının vətəni kimi tanınır. Ölkəmiz IV İslam Həmrəyliyi Oyunları–2017-nin iştirakçılarına və qonaqlarına da unudulmaz anlar yaşadıb. Artıq illərdir ki, paytaxt Bakı Formula- 1 Qran-Pri turnirləri ildə bütün planetin diqqət mərkəzində olur. Respublikamızda qadınlardan ibarət milli voleybol komandalarının Avropa çempionatının final mərhələsinin oyunları, boks, güləş, cüdo və bəzi başqa növlər üzrə dünya çempionatları, Olimpiya təsnifat turnirləri, Qran-Pri, “Böyük Dəbilqə” yarışları keçirilir. Belə mötəbər beynəlxalq yarışların təşkili hüququnun Azərbaycana etibar olunması sözsüz ki, beynəlxalq idman dairələrinin ölkəmizə yüksək etimadının göstəricisidir.

İndi bizim 2019-cu il mayın 29-da UEFA Avropa Liqası turnirinin final görüşünün iştirakçılarını qəbul etmək hüququ qazanmış Bakı Olimpiya Stadionu, habelə Heydər Əliyev adına İdman Sarayı, Milli Gimnastika Arenası, Tofiq Bəhramov adına Respublika Stadionu, Su İdmanı Sarayı, Atıcılıq Mərkəzi, “Kristal Zal” kimi möhtəşəm idman bazalarımız var. Şəhər və rayonlarımızdakı Olimpiya İdman Kompleksləri Azərbaycanın artıq çoxdandır ki, idman ölkəsi kimi tanındığını inamla təsdiq edir.

Azərbaycan idmanının nümayəndələrinin beynəlxalq arenada – ilk növbədə dünya və Avropa çempionatlarında, Olimpiya və Paralimpiya Oyunlarında, Yeniyetmələrin Yay Olimpiya Oyunlarında və Avropa Olimpiya Festivallarında, digər mötəbər yarışlarda getdikcə artan uğurları və medalları ölkəmizdə idmana daimi dövlət qayğısı sayəsində mümkün olub.

Yuxarıda bəhs etdiyimiz kimi, 1998-ci ildə ulu öndər Heydər Əliyev Azərbaycanın perspektivli uşaq və yeniyetmə şahmatçılarını qəbul etmiş, onlara öz xeyir-dualarını bildirmişdi. Azərbaycan Şahmat Federasiyası ötən il ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Tarixi görüşün izi ilə” adlı layihəsini təqdim etdi. Həmin layihədə ümummilli lider Heydər Əliyevin şahmatçılarla görüşünün xatirələri öz əksini tapıb. Tarixi görüşün iştirakçıları Ulu Öndərlə görüş barədə xatirələrini bölüşüblər.

Üçqat Avropa çempionu, 1998-ci ildə 10 yaşı olan Rauf Məmmədov həmin görüşü belə xatırlayır:

“Tarixi görüş 1998-ci ilin qış aylarına təsadüf etmişdi. Mənim 10 yaşım var idi, indi 34 yaşım var. Heç vaxt belə aura hiss etməmişdim. Ulu Öndər medalıma diqqətlə baxdı, hansı yarışda qazandığımı soruşdu. 1998-ci ildə balaca uşaqları qəbul etməsi böyük iz buraxdı həyatımızda. Biz milli komanda olaraq üç dəfə Avropa çempionu olduq, həmin görüşdə iştirak edən Teymur Rəcəbovla Vüqar Həşimov uzun illər dünya reytinqində ilk “onluq”da qərarlaşdı. Teymur Dünya Kubokunu qazandı. Təsəvvür edin, həmin dörd uşaq 20 ildən çox Azərbaycan yığmasında çıxış etdi, böyük qələbələrə nail oldu.

Bu, böyük fəxrdir. Ölkə prezidenti Heydər Əliyev kimi böyük insan səni qəbul edir. Bu görüş idmançılarda böyük ruh yaratdı. Görüşün səhəri bütün qəzetlər bizim haqqımızda yazmışdı. Məhəllədə hamı soruşurdu sən Heydər Əliyevlə görüşmüsən? Evdə böyük sevinc yaşanmışdı. O görüş olmasaydı, məncə, bəlkə də üçqat Avropa çempionu olmazdım, 20 ildən çox yığmada çıxış etməzdim”.

Üçqat Avropa çempionu Qədir Hüseynov həmin görüşü hər zaman yada salır:

“Ulu Öndərlə görüş uşaqlar üçün böyük mənəvi dəstək idi. Gözəl xatirələrimiz var. O görüş hər zaman yaddaşımızdadır. Bu görüş təkcə bizim deyil, bütün şahmatçıların inkişafında böyük rol oynadı. Məsələn, Şəhriyar Məmmədyarov söyləmişdi ki, həmin görüşdən sonra üzərində daha çox işləməyə başladı. Gün ərzində 7-8 saat işləyirdi ki, gələcəkdə elə görüşlərə dəvət alsın. Ulu Öndər olmasaydı, Harri Kasparov kimi dünya çempionu olmazdı. Onun köməyi olmadan o, şahmatçı kimi inkişaf etməzdi”.

Avropa çempionu Vüqar Həşimov mətbuata müsahibəsində hər zaman H.Əliyevlə görüşü xüsusilə qeyd edib:

“Ümummilli lider Heydər Əliyevlə görüşü həmişə xatırlayıram. O vaxt mən uşaq idim. Heydər Əliyevlə görüş böyük əhəmiyyətə malik idi, həmin qəbul gələcək karyerama böyük təsir etdi”.

Üçqat Avropa çempionu, Dünya Kubokunun qalibi Teymur Rəcəbov tarixi görüş barədə bunları deyib:

“Çox yaxşı xatırlayıram. 1998-ci ildə beynəlxalq arenada ilk uğurlarını qazanan şahmatçılar üçün böyük şərəf oldu. Dahi insanla görüşdük. Görüşdən əvvəl həyəcanlı idik. Uşaqlarla qəbulda hansı sözləri deyəcəyimizi məşq edirdik. Çox həyəcanlıydıq. Həmin görüşdən ən yaxşı xatirələrim var. Böyük motivasiya oldu. Gələcək uğurlarımız üçün böyük ruh yüksəkliyi əldə etdik. Dövlət başçısı ilə, Heydər Əliyev kimi bir insanla görüşmək böyük şərəfdir”.

Hazırda ölkəmizdə digər sahələrdə olduğu kimi, ulu öndərin inkişafına daim xüsusi diqqət ayırdığı idmanda da onun 100 illiyi ilə bağlı bir sıra tədbirlər həyata keçirilməkdədir. Həmin yarışlar bir qayda olaraq idman mediasının diqqət mərkəzindədir. Bir çox müvafiq idman federasiyaları kimi, Azərbaycan Şahmat Federasiyası da bu il silsilə tədbirlər həyata keçirməyi planlaşdırılır. Onlardan bir neçəsi artıü baş tutub. Qarşıda nəzərdə tutulan tədbirlərlə bağlı qurumla əlaqə saxladıq. AŞF-nin mətbuat xidmətindən Fanat.Az-a bildirdilər ki, qurumun ulu öndərin 100 illiyi ilə bağlı geniş silsilə tədbirlər planı var və bu, ilin sonunadək davam etdiriləcək:

"Məlum olduğu kimi, ümummilli liderin şahmatın inkişafında rolu olduqca böyükdür. Geridə qalan iki ay ərzində bir sıra yarışlar təşkil olunub, müxtəlif tədbirlər həyata keçirilib. Bunu ilin sonuna kimi yüksək səviyyədə davam etdirməyi düşünürük. Planlarımız genişdir. Usta şahmatçıların, yığma komandanın üzvlərinin iştirakı ilə bir sıra bölgələrdə seanslar təşkil ediləcək. Federasiya tərəfindən il ərzində bir çox məktəblərə lazımi avadanlıqlar paylanılacaq.  Artıq Zəngilan rayonunun Ağalı kəndində məktəblilərlə görüş keçirilib, onlara şahmat avadanlıqları paylanılıb. Həmçinin may ayında beynəlxalq "Open" turnirinin keçirilməsi nəzərdə tutulub. Həmin yarışda bir çox ölkələrin şahmatçılarının iştirakı gözlənilir. Hazırda onun üzərində iş gedir. Ümumilikdə il ərzində həyata keçiriləcək bütün tədbirlər Heydər Əliyevin 100 illiyinə həsr olunacaq".

Sahib Əsədbəyli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyun 2026
03:14

İspaniya La Liqasının ikinci bombardiri İstanbul nəhənginə keçir - MƏBLƏĞ

02:41

"Real Madrid"in ulduzu "Fənərbağça"da?

02:28

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

02:21

Joze Mourinyu "Real Madrid"də - RƏSMİ

01:49

"Qalatasaray"ın 15 milyon avro maaş ödəyəcəyi ulduz kimdir?

01:18

"Maltaya məğlubiyyətdən sonra qalib gəlmək niyyətində idik" - Ayxan Abbasov

00:48

"Real Madrid" onu almaq üçün 500 milyon ödəməlidir?

00:09

"Sabah" heyətini gücləndirdi - RƏSMİ

09 İyun 2026
23:54

Azərbaycan millisi San Marinonu məğlub etdi

23:05

Sumqayıtda 390 cüdoçu kəmər dərəcələri üzrə rəsmi imtahan verdi

22:51

"Qarabağ"ın gənc istedadı milliyə qələbə qazandırdı

22:30

Mourinyu onu "Real"a gətirir

22:08

Azərbaycanın U-21 millisi yoxlama matçında Qırğızıstana məğlub olub

21:43

Premyer Liqa nəhəngləri arasında 70 milyonluq savaş

21:18

"Qarabağ" yenidən "Ferentsvaroş"la qarşılaşacaq

20:39

"Yuventus" Kenan Yıldızla bağlı qərarını verdi

20:19

Şəhriyar Əliyev "Turan Tovuz"dan ayrıldı

19:47

"Mançester Yunayted"dən qapıçı həmləsi

19:13

Azərbaycanın güləş hakimləri dünya çempionatında

18:34

Azərbaycanın U-17 yığması Qazaxıstana məğlub oldu

18:16

Aişə Muradova Azərbaycan birinciliyində uğurlu çıxışı ilə yadda qalıb

17:46

Türkiyənin Super Liqa təmsilçisi baş məşqçisi ilə yolları ayırdı

17:31

"Şəfa" 3 oyunçusu ilə müqavilə yeniləmədi - RƏSMİ

17:11

Azərbaycanı Dünya Millətlər Kubokunda bu boksçular təmsil edəcək

16:54

Millidə huşunu itirən Eriksenin son vəziyyəti nə yerdədir?

16:36

Arteta "Arsenal" rəhbərliyindən "Real Madrid"in ulduzunun heyətə qatılmasını xahiş etdi

16:17

İspaniya millisinin hücumçusu sıradan çıxdı

15:58

"Şamaxı" yeni hücumçu ilə gücləndi

15:39

"Karvan-Yevlax"da parlayan Rüstəmli yeni mövsümə ÇL-də oynayan klubda başlayacaq

15:21

Argentinalı dünya çempionu İngiltərə nəhənginə satılır - SON DURUM

15:03

Elvin Camalovun yeni klubu bilindi

14:45

Azərbaycan millisinin hücumçusu Madridə yollandı

14:26

İspaniya mundiala inamlı qələbə ilə başlayır - VİDEO

14:08

"Fransa yarımfinala çıxsa..." - Mbappe "xoruzlar"ın hədəfini bəyan etdi

13:49

"Neftçi"ni daha bir futbolçunun tərk edəcəyi dəqiqləşdi

13:31

Mourinyunun təqdimat mərasiminin vaxtı bilindi

13:10

Mbappe yenə susdu, Fransa ABŞ-yə inamlı qələbə ilə yollandı - VİDEO

12:51

Bəhlul Mustafazadə Çindən elə şəkillər paylaşdı ki...

12:29

Niderland Özbəkistanı məğlub etdi, amma qapıçısını itirdi

12:04

"Arsenal" Zəfər İqballa yollarını ayırdı

Facebookdan bizi izləməyi unutmayın.
X