Niderlandın Birinci Liqasında 9-cu turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.
Yığmamızın üzvünün komandası evdə “Dordrext”lə heç-heçə edib - 1:1.
Start "11-lik"də yer alan Ozan Can 82-ci dəqiqədə əvəzlənib. Yarımmüdafiəçi 57-ci dəqiqədə sarı vərəqə alıb.
“Eyndhoven” hazırda 19 xalla 20 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.
Nihat