Almaniyanın 3-cü liqasında 10-cu turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun .ərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb.
Yuvarlandığı aşağı liqada zəif təsir bağışlayan Aue təmsilçisi evdə “Meppen”i 3:0 hesabı ilə yenib.
Start "11-lik"də yer alan Nazarov 73-cü dəqiqədə əvəzlənib. Dmitri 45+5-ci dəqiqədə auelilərin ikinci qoluna imza atıb.
10 tura 6 xal toplaya bilən “Ersgebirge” turnir cədvəlində 20 kollektiv arasında 19-cu yerdədir.
Nihat