Basketbol üzrə Azərbaycan çempionatına hazırlıq məqsədi daşıyan turnirə start verilib.
Fanat.Az xəbər verir ki, bu gün "Sərhədçi" İdman Olimpiya Mərkəzində basketbol üzrə 28 -ci Azərbaycan çempionatına hazırlıq məqsədi daşıyan mini turnirin ilk oyunları baş tutub.
Gərgin mübarizə şəraitində keçən ilk görüşdə "Zirvə Astara BK" komandası "NTD BK" kollektivinə 79:77 hesabı ilə qalib gələrək turnirə uğurlu start verib.
Günün ikinci qarşılaşmasında isə "Neftçi İK" komandası "AAAF Xırdalan BK" basketbolçularına 61:93 hesabı ilə məğlub olublar.
Qeyd edək ki, legionerlərin də iştirakı ilə keçirilən mini turnir oktyabrın 6-a qədər davam edəcək.