Futbol üzrə İsveçrə Super Liqasında 9-cu turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin forvardı Renat Dadaşovun formasını geyindiyi "Qrasshopper" də növbəti matçına çıxıb.
Renatın komandası "Sürix"i qəbul edib. Eyni şəhəri təmsil edən rəqiblərin dueli 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Start "11-lik"də yer alan Renat 84-cü dəqiqədə əvəzlənib. Yığmamızın hücumçusu matçın 53-cü dəqiqəsində sarı vərəqə alıb.
Bu heç-heçə sayəsində xal hesabını 13-ə çatdıran "Qrasshopper" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Nihat