Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin köməkçilərindən olan Fabio Qallo özünə yeni iş yeri tapıb.
Fanat.Az İtaliya mətbuatına istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis İtaliyanın C Seriyasında çıxış edən "Foca"nın baş məşqçisi olacaq.
Qallo mövsümün sonunadək komandaya rəhbərlik edəcək. O, bu postda bir neçə gün öncə istefaya göndərilmiş Roberto Boskalyanı əvəz edəcək.
Xatırladaq ki, AFFA İcraiyyə Komitəsi hazırda yığmanın baş məşqçisi vəzifəsinə təyinatla bağlı müzakirə aparır.