“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Almaniyanın "Frayburq"unun baş məşqçisi Kristian Ştrayx koronavirusa yoluxub.
Fanat.Az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
57 yaşlı mütəxəssis bu səbəbdən Avroliqanın 3-cü təsnifat mərhələsinin 3-cü turu çərçivəsində Fransanın "Nant" komandasına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransına onlayn formatda qoşulub.
“Qarabağ” G qrupundakı ilk oyununu bu rəqibinə qarşı Almaniyada keçirib və 1:2 hesabıyla uduzub. Ağdamlılar Bundesliqa təmsilçisini noyabrın 3-də qəbul edəcək.