19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan millisi bu gün qrupda sonuncu oyununu keçirib.
Fanat.Az xəbər verir ki, komandamız Xorvatiyanın Pula şəhərindəki “Aldo Drosina” stadionunda bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Zamir Həsənovun baş məşqçisi olduğu komanda son matçdan da məğlub ayrılıb - 0:1.
Qeyd edək ki, U-19 qrupda keçirdiyi ilk iki görüşdə Monteneqroya 1:2, Kiprə 0:4 hesabı ilə uduzub. Beləliklə, milli hər üç görüşdə uduzaraq qrupu sonuncu yerdə başa vurub.