01:10 12.10.2022 970

Çempionlar Liqası: İtaliya klubları uduzdu, "Real Madrid" Polşada büdrədi - YENİLƏNİB

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura start verilib. 

Fanat.Az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 görüş baş tutub.

Gecənin gözlənilməz nəticəsi Polşada qeydə alınıb. F qrupunda ÇL-in sonuncu qalibi “Real Madrid” Donetsk "Şaxtyor"u ilə görüşdə xal itirib. Məğlubiyyətdən matça əlavə olunan dəqiqələrdə qurtulan "Kral klubu" beləliklə, 1/8 finala vəsiqəni təmin edib.

G qrupunda "Mançester Siti" Danimarkada "Kopenhagen"lə, Dortmund "Borussiya"sı isə Almaniyada "Sevilya" ilə heç-heçəyə razılaşıb.

H qrupunda İtaliya "Yuventus"u İsraildə Hayfa "Makkabi"sinə uduzub, PSJ (Fransa) isə "Benfika" (Portuqaliya) ilə qollu bərabərliyə razılaşıb.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su evdə "Zalsburq"un müqavimətini qıra bilməyib. E qrupunun digər matçında isə "Milan"ın qonağı ola"Çelsi" səfərdə inamlı qələbə qazanaq.

Bu turun qalan 8 oyunu oktyabrın 12-də keçiriləcək.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 4-cü tur
11 oktyabr

E qrupu

Milan (İtaliya) - Çelsi (İngiltərə) 0:2
Qollar:
Jorjinyo, 21-pen. Obameyanq, 34 

Dinamo (Zaqreb, Xorvatiya) - Zaltsburq (Avstriya) 1:1
Qollar: 
Lyubiçiç, 40 - Zayvald, 12 

Xal durumu: Çelsi – 7. Zaltsburq – 6. Milan – 4. Dinamo – 4.

F qrupu

Seltik (Şotlandiya) - Layptsiq (Almaniya) 0:2 
Qollar: Verner, 75, Forsberq, 84

Şaxtyor (Donetsk, Ukrayna) - Real Madrid (İspaniya) 1:1
Qollar:
Zubkov, 46 - Rüdiger, 90+5

Xal durumu: Real M – 10. Layptsiq – 6. Şaxtyor – 5. Seltik – 1.

G qrupu

Kopenhagen (Danimarka) - Mançester Siti (İngiltərə) 0:0

Borussiya (Dortmund, Almaniya) - Sevilya (İspaniya) 1:1 
Qollar:
 Bellinqhem, 35 - Kuassi, 18 

Xal durumu: Mançester Siti – 10. Borussiya – 7. Sevilya – 2. Kopenhagen – 2.

H qrupu

Makkabi (Hayfa, İsrail) - Yuventus (İtaliya) 2:0
Qollar:
Ömer Atzili, 7, 42.

PSJ (Fransa) - Benfika (Portuqaliya) 1:1 
Qollar:
Mbappe, 40-pen. - Joau, 62-pen. 

Xal durumu:
PSJ – 8. Benfika – 8. Yuventus – 3. Makkabi - 3.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

Facebookdan bizi izləməyi unutmayın.
X