Millimizin hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası Almaniyanın Qərb Regional Liqasında növbəti matçını keçirib.
Fanat.Az xəbər verir ki, sözügedən komanda XII turun oyunları çərçivəsində doğma meydanda “Rot Vays Ahlen”lə qarşılaşıb.
Görüş 2:2 hesabı ilə başa çatıb.
Start heyətdə meydana çıxan Dadaşov 69-cu dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Şalke”nin ikinci komandası 12 turdan sonra 20 xalla 3-cü pillədə qərarlaşıb.