14:24 25.06.2013 969

Azərbaycan Superkuboku üçün yeni vaxt

“Avrokuboklarda püşkatmadan sonra ölkə Superkubok matçının vaxtı ilə bağlı dünən axşam saat 11-ə kimi baş sındırdım. Ancaq “Neftçi” ilə “Xəzər Lənkəran arasında olacaq həmin oyunun təqvimdə nəzərdə tutulan müddətdə keçirilməyi heç cür alınmır”. Bu fikirləri apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib. 18 illik fasilədən sonra bərpa olunan Azərbaycan Superkuboku uğrunda oyunun klublarımızın qitə miqyaslı turnirdə növbəti mövsümə startından 1 həftə öncə keçirilməyi nəzərdə tutulmuşdu.

Mübarizəyə Avropa Liqasında iyulun 4-də başlayacağımızdan, bu, iyunun 27-si demək idi. Ancaq “Xəzər Lənkəran”la “Qarabağ”ın ilk matçlarının daha 2 gün əvvələ çəkilib, iyulun 2-ə təyin edilməyi işi daha da çətinləşdirdi.

Tarixə qitə miqyaslı turnirin püşkündən sona aydınlıq gələcəyini deyən Musayev böyük səbirsizliklə gözlənilən Superkubok matçının bu həftə keçirə bilməyəcəkləri ilə artıq barışıb. O, mümkün tarixdən söz açdı: “Bildiyiniz kimi, oyunun iştirakçıları ölkə xaricində təlim-məşq toplanışındadır. “Xəzər Lənkəran” “Neftçi”dən fərqli artıq gələn həftə Avropada ilk oyununa çıxacaq. “Neftçi” isə bu müddətdə xaricdə hazırlığını davam etdirib, iyulun ortasında ilk oyunu keçirmək üçün Bakıya gələcək. Yəni göründüyü kimi, təqvimdə nəzərdə tutulan tarixlə klubların planları heç cür uyğun gəlmir. Biz əksinə Avropada ölkəmizi təmsil edən klublara dəstək olmalıyıq, mane yox. Superkubok oyunun iyulun sonlarında - 29-30-da keçirməyə çalışacağıq. Matçın növbəti çempionatın startın az almış olub, mövsümə onunla başlanmağını istərdik”.

PFL prezidentinin sözlərinə görə, 22-ci milli çempionatımızın startı hələ dəqiqləşməyib: “Çünki hələ püşkatma olmayıb ki, bunu iyulun 10-a kimi etməyi planlaşdırmışıq. Püşkdən sonra təqvim müəyyənləşərək, start açıqlanacaq. Ancaq onun avqustun ilk günlərində etməyi nəzərdə tutmuşuq. Çünki bu mövsüm oyunların sayı çox olacağından, çempionata tez başlamalıyıq. Turlar təkcə həftə sonları yox, həftə arasında da olacaq”.

Qeyd edək ki, “Xəzər Lənkəran” Avropa Liqasının II təsnifat mərhələsinə çıxıb, Hayfa “Makkabi”sinə uduzarsa, mübarizəni iyulun 25-də bitirəcək. “Neftçi” isə Çempionlar Liqasında Albaniya “Skenderbeu”sunu keçəcəyi halda, iyulun 30-da III təsnifat mərhələsinin ilk oyununa çıxmalıdır.

İdman24.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

Facebookdan bizi izləməyi unutmayın.
X