UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start verilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi "Dinamo Zaqreb" evdə İtaliya "Milan"ını qəbul edib.
"Maksimir" stadionunda baş tutan matçda qonaqlar 4:0 hesabı ilə qalib gəlib.
Bir neçə gün əvvəl virusa yoluxan Mahirin adı ehtiyat oyuçular sırasında olub. Lakin 25 yaşlı hücumçu matçı sonadək kənardan izləyib.
Qeyd edək ki, E qrupun digər oyununda "Çelsi" "Zalsburq"dan üstün olub və 1/8 finala adlayıb.