UEFA Konfrans Liqasının qrup mərhələsində V turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, 16 matçdan biri təxirə salınıb.
D qrupunda oynanılan "Slovaçko" - "Köln" matçı əlverişsiz hava şəraitinə görə yarımçıq qalıb və bu gün davam etdiriləcək.
"Vest Hem" (İngiltərə) öz meydanında "Silkeborq"a (Danimarka) qalib gələrək son tur öncəsi qrup liderliyini təmin edib.
"Dnepr-1" (Ukrayna) isə "Apollon"u (Limassol, Kipr) yenərək adını pley-offa yazdırıb.
"Sivasspor" (Türkiyə) ÇFR-ə (Rumıniya) qalib gələrək növbəti mərhələ tapşırığının öhdəsindən gəlib.
Qeyd edək ki, daha əvvəl Türkiyənin "Başakşehir", İngiltərənin "Vest Hem", İspaniyanın "Vilyarreal" və İsveçin "Yuroqrden" komandaları qrupdan çıxmağı təmin ediblər.
UEFA Konfrans Liqası
Qrup mərhələsi, V tur
27 oktyabr
A qrupu
"Fiorentina" (İtaliya) - "Başakşehir" (Türkiyə) 2:1
Qollar: Yoviç, 26, 62 - Aleksiç, 15
"Harts" (Şotlandiya) - RFŞ (Latviya) 2:1
Qollar: Şenklend, 3, Hallidey, 12 - Frizenbihler, 34
Xal durumu: "Başakşehir" - 10, "Fiorentina" - 10, "Harts" - 6, RFŞ - 2
B qrupu
"Anderlext" (Belçika) - "Styaua" (Rumıniya) 2:2
Qollar: Versaren, 38, Vertongen, 75 - Kompaqno, 60, Dava, 82
"Vest Hem" (İngiltərə) - "Silkeborq" (Danimarka) 1:0
Qol: Lansini, 24
Xal durumu: "Vest Hem" - 15, "Silkeborq" - 6, "Anderlext" - 5, "Styaua" - 2
C qrupu
"Vilyarreal" (İspaniya) - "Hapoel" (Ber-Şeva, İsrail) 2:2
Qollar: Çukvueze, 57, Danjuma, 70 - Xemed, 48, Yehezkel, 79
"Austriya" (Vyana, Avstriya) - "Lex" (Polşa) 1:1
Qollar: Keles, 70 - İşak, 48
Xal durumu: "Vilyarreal" - 13, "Lex" - 6, "Hapoel" - 4, "Austriya" - 2
D qrupu
"Slovaçko" (Çexiya) - "Köln" (Almaniya) - oyun pis hava şəraitinə görə təxirə salınıb
"Nitsa" (Fransa) - "Partizan" (Serbiya) 2:1
Qollar: Pepe, 29, Lemina, 77 - Qomeş, 74
Xal durumu: "Partizan" - 8, "Nitsa" - 8, "Köln" - 4 (4 oyun), "Slovaçko" - 4 (4 oyun)
E qrupu
"Vaduts" (Lixtenşteyn) - "AZ Alkmaar" (Niderland) 1:2
Qollar: Hasler, 77 - Kerkez, 50, van Brederode, 75
"Dnepr-1" (Ukrayna) - "Apollon" (Limassol, Kipr) 1:0
Qol: Pixalenok, 39
Xal durumu: "AZ Alkmaar" - 12, "Dnepr-1" - 10, "Apollon" - 4, "Vaduts" - 2
F qrupu
"Molde" (Norveç) - "Yurqorden" (İsveç) 2:3
Qollar: Brindhilsen, 5, Kaasa, 21 - Edvardsen, 44, Asoro, 67, Radetinak, 77
"Şemrok Rovers" (İrlandiya) - "Gent" (Belçika) 1:1
Qollar: Qaffni, 3 - Hon Hen Sok, 74
Xal durumu: "Yurqorden" - 13, "Molde" - 7, "Gent" - 5, "Şemrok Rovers" - 2
G qrupu
"Balkani" (Kosovo) - "Slaviya" (Praqa, Çexiya) 0:1
Qol: Linqr, 75
"Sivasspor" (Türkiyə) - ÇFR (Rumıniya) 3:0
Qollar: Yatabare, 22, 73, Qradel, 63
Xal durumu: "Sivasspor" - 10, ÇFR - 7, "Slaviya" - 7, "Balkani" - 4
H qrupu
"Bazel" (İsveçrə) - "Jalgiris" (Litva) 2:2
Qollar: Diuf, 1, Zekiri, 17 - Oyevusi, 42, 62
"Slovan" (Bratislava, Slovakiya) - "Pünik" (Ermənistan) 2:1
Qollar: Kaşiya, 84, Ramires, 85 - Koçuk, 64-pen.
Xal durumu: "Slovan" - 8, "Bazel" - 8, "Pünik" - 6, "Jalgiris" - 5