15:59 31.10.2022 453

"İlin idmançısı adına əsas namizədəm, amma nazirlik..." - MÜSAHİBƏ

Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının üzvü, ikiqat dünya və ikiqat Avropa çempionu Eldəniz Əzizlinin Fanat.Az-a müsahibəsi

- Bir neçə gün sonra Bakıda ilk dəfə yunan-Roma güləşi üzrə Dünya Kuboku yarışı keçiriləcək. Turnirə hazırlıq, yarış öncəsi əhval-ruhiyyə barədə danışarsınız.
- Yarışa tam gücümüzlə hazırlaşırıq. Komandada əhval-ruhiyyə çox yaxşıdır. İnşallah, hər şey yaxşı olar.

- Azərbaycan millisinin yarışdakı əsas rəqibi dünya yığmasıdır. Əksər üzvləri son dünya çempionatının medalçısı olan bu komanda sizinlə bir qrupda yer alıb. Onlarla mübarizədə nəyə ümid edirsiniz?
- Dünya yığması ilə görüşdə əsas yük aşağı çəkilərin üzərinə düşəcək. Biz çalışıb böyük xal fərqi ilə qələbə qazanmalıyıq. Yuxarı çəkilərdəki güləşçilərimizdən İslam Abbasov zədə səbəbindən yarışı buraxacaq. Onun da yerini dolduracaq güləşçi təəssüf ki, yoxdur. Həmçinin Sənan Süleymanovla Rafiq Hüseynov zədəli halda yarışacaq.

- Komanda bir dəfə - 2015-ci ildə Tehranda keçirilən yarışda Dünya Kubokunu qazanıb. Lakin siz onda yığmanın heyətində deyildiniz. Odur ki, bu, sizin üçün ilk belə şansdır. Turnirdə mümkün qələbənin əhəmiyyətini necə görürsünüz?
- Mən fərdi şəkildə Dünya Kubokunun qalibi olmuşam. Əlimdən gələni edəcəyəm ki, komandanın qələbəsinə töhfəmi verim. İnanıram ki, kuboku Bakıda saxlayacağıq.

- Bu yarışın nəticəsindən asılı olmayaraq Azərbaycanda ilin idmançısı adına əsas namizədsiniz. Hansı ki, daha əvvəl də - dünya və Avropa çempionu olduğunuz 2018-ci ildə də bu ada yiyələnmişdiniz. Həmin il əsas rəqibiniz şahmatçı Şəhriyar Məmmədyarov idi. Hətta aranızdakı seçim kifayət qədər müzakirələrə səbəb olmuşdu. Maraqlıdır, bu il əsas rəqibiniz olaraq kimi görürsünüz?
-  Bəli, bu il bütün mühüm yarışların qalibi olmuşam. Dünya, Avropa çempionatında və İslamiadadakı qızıl medala görə ilin ən yaxşı idmançısı adına namizədlər arasında ilk sırada mənəm. Amma maraqlıdır ki, Gənclər və İdman Nazirliyinin reytinqində beşinciyəm. İlk dörd sırada gimnastlardır. Bizim dünya və Avropa çempionatlarındakı nəticəmizlə onların turnirlərdəki göstəricilərini eyniləşdirirlər. Fikrimcə, bu, düzgün yanaşma deyil. Hər bir halda ilin sonunu gözləyək. 

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 May 2025
23:11

İki komandanın Bundesliqanı tərk etməsi dəqiqləşdi

22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

21:45

"İmişli" klubu bəyanat yaydı

21:23

MPL: "Zirə" də səfərdə sevindi, "Neftçi" də

20:48

Rəşad Sadıqov "Səbail"ə qalib gəldikləri oyunu belə dəyərləndirdi

20:24

"Xoşbəxtəm, "B" kateqoriyam ola-ola, ağır yükü mənə verdilər" - Elvin Məmmədov

19:55

Renat Dadaşov oynadı, komandası qələbə həsrətinə son qoydu

19:20

Dadaşova Gürcüstanda medal qazandı

18:51

Bakıda “Zəfər Kuboku” başladı

18:20

Arne Slot Aleksandr-Arnolda əvəzləyici tapdı

17:56

"Sumqayıt" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq - AÇIQLAMA

17:13

Avropa kuboku: İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıldı

16:47

Səlcuk İnan klubsuz qaldı

16:22

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

15:56

“Belarusla ikinci oyunumuz da çətin olacaq” – Azərbaycan millisinin üzvü

15:05

"Kəpəz"in yeni rəhbərliyi bilindi -RƏSMİ

14:49

"Yuventus" Osimheni bu qiymətə aparır - MƏBLƏĞ

14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

12:24

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

11:55

“Biləndə ki, Heydər Əliyev oyuna baxmağa gələcək, gücümüz ikiqat artırdı" - VİDEO

11:16

Azərbaycan millisinin heyəti müəyyənləşdi

10:48

Fabreqas İtaliyada bu mükafatı qazandı

10:23

"Əl-Nəsr" Ronaldu ilə yolları ayırır - SON DURUM

09:57

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:30

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

01:07

İspaniya La Liqası: "Rayo Valyekano" səfərdə qazandı

00:48

İtaliya A Seriyası: "Milan" inamlı qələbəyə sevindi

00:35

Almaniya Bundesliqası: "Hoffenhaym" "canavar yuvası"ndan xalla qayıtdı

00:03

Türkiyə Super Liqası: "Fənərbağça"dan darmadağın

09 May 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

20:55

MPL: "Sabah" "Şamaxı" üzərində inamlı qələbə qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X