"Bayern Münhen" UEFA Çempionlar Liqasında unikal göstəriciyə imza atıb.
Fanat.Az-ın hesablamalarına görə, Yulian Nagelsmannın yetirmələri cari mövsüm bütün qrup oyunlarını qələbə ilə başa vuran yeganə komanda olub.
Münhen təmsilçisi yer aldığı "ölüm qrupu"ndakı əsas rəqiblərini hər iki qarşılaşmada "quru" hesabla yenib. Ümumiyyətlə Almaniya nəhəngi 6 matçın yalnız birində qapısından qol buraxıb.
Belə ki, ilk dövrədə "İnter" (2:0), "Barselona" (2:0) və "Viktoriya"ya (Plzen) (5:0) heç bir şans verməyən 35 yaşlı mütəxəssisin komandası ikinci dövrədə Çexiya klubunu 4:2, kataloniyalıları 3:0, Milan təmsilçisini isə 2:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, bu gün keçiriləcək ÇL qarşılaşmalarında heç bir komandanın maksimum nəticə göstərmək şansı yoxdur.
Nihat