"Bayern Münhen"in hücumçusu Sadio Mane UEFA Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində keçirilən matçdan - Milan "İnter"i ev oyunundan (2:0) sonra açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, "Bayern & Germany" seneqallı ulduzun dediklərini belə çatdırıb:
"Püşk püşkdür. Görək, bazar ertəsi qismətimizə kimi çıxarır. Əlbəttə, "Liverpul"la üz-üzə gəlsək, bu, mənim üçün xüsusi qarşılaşma olacaq".
Qeyd edək ki, Mane bu yay "Liverpul"u Almaniya nəhənginə dəyişib.
Nihat