16:17 02.11.2022 490

"Bakıda hədəf dünya çempionluğudur" - İlham Zəkiyev

Azərbaycanın tanınmış paralimpiyaçı cüdoçusu İlham Zəkiyev Fanat.Az-a müsahibə verib.

İkiqat paralimpiya çempionu noyabrın 8-10-da Bakıda ilk dəfə keçiriləcək dünya çempionatı ilə bağlı suallarımızı cavablandırıb.

- İlham bəy, bir neçə gün sonra ölkəmiz ilk dəfə dünya çempionatına ev sahibliyi edəcək. Yerli idman həvəskarları üçün mundialda ən çox maraq kəsb edən məhz sizin çıxışınız olacaq. Yarışa hazırlığınız, ümumi əhval-ruhiyyəniz necədir?
- Hazırlığımız normaldır. Doğma divarlar arasında döyüşmək sözsüz ki, məsuliyyətli, həyəcanlıdır. Qeyd etdiyiniz kimi, bu, ölkəmizin ev sahibliyi edəcəyi ilk dünya çempionatı olacaq. Tarixi hadisədir. Əlimizdən gələni edəcəyik ki, xalqımızı, bizə inananları sevindirək.

- Nəzərə alsaq ki, cəmi iki ay əvvəl İtaliyada Avropa çempionu olmusunuz, sizə olan ümidlər daha da çoxalıb. Budəfəki çıxışınız isə Bayraq Gününə, həmçinin 44 günlük Vətən müharibəsində qazanılan qələbənin ikinci ildönümünə təsadüf edəcək. Xatırlatmaq yerinə düşər ki, yeddi il əvvəl Silahlı Qüvvələr Günündə Avropa Oyunlarının qızıl medalını qazanmışdınız. Odur ki, dövlətimiz üçün növbəti önəmli gündə sizdən - ölkə idmanı tarixinə adını artıq qızıl hərflərlə yazdırmış Qarabağ qazisindən maksimum nəticə gözləyəkmi? 
- İdmandır, yarış günü hər şey ola bilər. Mən öncədən söz verməyi xoşlamıram. Sadəcə, əlimdən gələni edəcəyəm ki, ən yaxşısı olsun. Başlıca hədəf sözsüz ki, dünya çempionluğudur.

- Bakıya gələcək rəqiblərinizlə tanışsınız. Hədəfə doğru əsas maneə olaraq kim və ya kimləri qeyd edərsiniz?
- Bizim kateqoriyada, yəni J1-də mənimlə birgə 18 cüdoçunun iştirakı gözlənilir. Onların da cəmi 30 faizin tanıyıram, yarışlarda üz-üzə gəlmişəm. Qalanları yeni idmançılardır. Braziliyalı paralimpiya ikincisi Silva Araujo, türkiyəli Onur Tastan, son Avropa çempionatında udduğum Moldova, Ukrayna idmançıları tanış rəqiblərdir. Monqolustan və Özbəkistan kimi inkişaf etmiş cüdo ölkələrindən iki yeni ad var. Məşqçilərlə rəqiblərin əvvəlki döyüşlərinin videoyazısını izləyib ayrılıqda analizlər aparmışıq. Dediyim kimi, əksəriyyəti ilə bu vaxta kimi qarşılaşmadığımdan, əsas rəqib kimi kimisə fərqləndirmək istəməzdim.

- Braziliyalı dördqat paralimpiya çempionu Antonio Tenorio ilə bu yarışda üz-üzə gəlmək ehtimalınız var?
- Tenorio Bakıya gələcək, amma fərqli çəkidə. O, çəkisini 90 kiloya salıb.

- Ümumilikdə Azərbaycan komandasının Bakı mundialında potensialını necə qiymətləndirirsiniz?
- 23 nəfərdən ibarət heyət açıqlanıb. Onlardan 18-nin yarışda iştirakına tibbi təsnifatdan sonra aydınlıq gələcək. Son Paralimpiya Oyunlarının qalib və mükafatçılarının əksərinin adı heyətə daxil edilib. Həmçinin yeni idmançılar da var. Onlardan bəziləri Qarabağ qaziləridir. Ümid edirəm ki, komanda ümidləri doğruldacaq.

- Mundialın son günündə komanda yarışı təşkil olunacaq. Azərbaycan yığması komanda mübarizələrində bir qayda olaraq əsas favoritlər arasında olub. Bu dünya çempionatında hansı nəticəyə ümid edək?
- Komanda yarışı yeni qaydalarla təşkil olunacaq. Üç çəkinin hərəsində 2 - biri J1, biri J2 kateqoriyasından - olmaqla, 6 idmançı mübarizə aparacaq. Yığmanın potensialı komanda yarışında da uğur qazanmağa imkan verir. Komanda yarışında da birincilik uğrunda mübarizə aparacağıq.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

14:11

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

Facebookdan bizi izləməyi unutmayın.
X