UEFA Çempionlar Liqasında qrup mərhələsinin VI tur oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu ada İtaliyanın “Milan” klubundan Olivye Jiru, İspaniya “Real”ından Federiko Valverde, Almaniya “Leyptsiq”indən Kristofer Nkunku və İspaniya “Barselona”sından Ferran Torres iddia edir.
Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.