Xorvatiya mətbuatı “Dinamo Zaqreb”in "Çelsi" ilə Çempionlar Liqasının son qrup matçındakı (1:2) çıxışını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "Germanijak.hr" portalı komandanın üzvlərinin oyununu 10 ballıq şkala ilə qiymətləndiriblər.
Azərbaycan millisinin üzvü Mahir Emrelinin meydana 69-cu dəqiqədə daxil olmasına baxmayaraq, xorvatiyalı həmkarlarımız onun çıxışını normal hesab edirlər. Oyunun ən yaxşısı Mahirin hücum xəttindəki rəqibi Bruno Petkoviç seçilib. Onun oyununa 7 bal verilib. Daha iki futbolçu 6,5 alıb. “Stemford Bric”də meydana çıxan 15 futbolçudan 6-nın oyunu 6 balla qiymətləndirilib ki, onların arasında həmyerlimiz də var. Sözügedən portal Emrelinin xüsusilə müdafiəyə daha çox kömək etməsini, bir epizodda isə real qolu əngəllədiyini qabardıb.
"Dinamo"nun 3 futbolçusu Mahirdən aşağı qiymət alıb, üstəlik, sonradan oyuna qoşulanlardan 3-ü heç nə ilə yadda qalmadığı üçün onlara bal verilməyib.
Mirağa