Almaniya Bundesliqasında 13-cü tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, bu gün daha 2 qarşılaşma baş tutub.
“Bayer Leverkuzen” öz meydanında lider "Union Berlin"i 5 cavabsız qolla darmadağın edib. Günün digər matçında isə "Qarabağ"ın Avropa Liqasının qrupundakı rəqiblərindən olan “Frayburq” “Köln”ü 2 cavabsız qolla yenib.
13 turdan sonra “Bayern Münhen” 28 xalla vahid liderə çevrilib. İkinci pilləyə yüksələn “Frayburq”un 27, üçüncü sıraya düşən “Union Berlin”in isə 26 xalı var. Dortmund “Borussiya”sı 25 xalla 4-cüdür.
Bundesliqa
XIII tur
6 noyabr
Bayer Leverkuzen – Union Berlin 5:0
Qollar: Andrix, 46. Diabi, 56; 58. Hlojek, 68. Bakker, 76.
Frayburq – Köln 2:0
Qollar: Yonq, 53. Qreqoriç, 64.
5 noyabr
Auqsburq – Ayntraxt 1:2
Qollar: Berişa, 1 – Rode, 13. Knauff, 64.
Borussiya (Dortmund) – Bohum 3:0
Qollar: Mukoko, 8; 45+2. Reyna, 12-pen.
Herta – Bayern Münhen 2:3
Qollar: Lukebakio, 40. Selke, 45 – Musiala, 12. Şupo-Motinq, 37; 38.
Hoffenhaym – Layptsiq 1:3
Qollar: Rutter, 50 – Nkunku, 17; 57. Olmo, 69.
Maynts – Volfsburq 0:3
Qollar: Vimmer, 33. Arnold, 70. Baku, 84.
Verder – Şalke 2:1
Qollar:Fullkruq, 30. Dukş, 76. – Dreksler, 89.
4 noyabr
Borussiya (Mönhenqladbax) – Ştutqart 3:1
Qollar: Hofmann, 4. Turam, 25. Hermann, 90+4 – T.Tomas, 35.