Misli Premyer Liqasının XIII turu çərçivəsində keçirilən "Qəbələ" - "Zirə" görüşünü bir neçə azarkeş izləyir.
Fanat.Az xəbər verir ki, Qəbələ şəhər stadionunda biraz əvvəl start götürən qarşılaşmada yalnız qonaq komandanın tərəfdarları iştirak edir.
Onların sayı 25-ə çatır.
Qeyd edək ki, "Qəbələ" azarkeşləri "Sabah"la matçda kütləvi iğtişaş törətdiklərinə görə AFFA-nın İntizam Komitəsinin qərarına əsasən nin "Zirə" ilə oyun tamaşaçısız keçirilir. Yerli azarkeşlər stadiona buraxılmır.
Mirağa