Almaniyanın Qərb Regional Liqasında 15-ci tur oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke 04”ün ikinci komandası da növbəti matçına çıxıb.
Helzenkirhenlilər səfərdə "Bolkort"la qarşılaşıb və 8:2 hesabı ilə qalib gəlib.
Start heyətdə yer alan Rüfət 6-cı dəqiqədə komandasının 2-ci qolunu vurub. Son vaxtlar yımamızın baş məşqçisi Canni De Byazinin dəvət göndərmədiyi hücumçu 79-cu dəqiqədə, hesab 8:0 olarkən əvəzlənib:
Qeyd edək ki, bu, Rüfətin Qərb Region Liqasında bu mövsüm vurduğu 5-ci qoldur.
"Şalke"nin ikinci komandası hazırda turnir cədvəlində 24 xalla 5-cidir.