Futbol üzrə Rusiya Birinci Liqasında 17-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi Tula “Arsenal”ı da növbəti matçına çıxıb.
Tulalılar səfərdə “Kamaz”ı 1:0 hesabı ilə yenib.
Əsas heyətdəki yerini itirən Kamran bu dəfə də qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib.
17 tura 28 xal yığan “Arsenal” turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.