"Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldu bu mövsüm İngiltərə Premyer Liqasında qəribə göstəriciyə imza atıb.
Fanat.Az "WhoScored"ə istinadən xəbər verir ki, 37 yaşlı portuqaliyalı meydanda olduğu 10 matçda qapı çərçivəsinə cəmi 6 zərbə endirdiyi halda, 7 dəfə qayda pozub.
Qeyd edək ki, Ronaldu "Aston Villa" ilə son qarşılaşmada (1:3) meydana kapitan sarğısı ilə çıxıb.