"Mançester Yunayted"in və İngiltərə millisinin sabiq müdafiəçisi Qari Nevill "qırmızı şeytanlar"ın hücumçusu Kriştianu Ronaldunu növbəti dəfə hədəfə alıb.
Fanat.Az "Metro"ya istinadən xəbər verir ki, Nevill İngiltərə Premyer Liqasının 15-ci turunda "Aston Villa"ya uduzan (1:3) mankunianların 37 yaşlı ulduzu barədə belə danışıb:
"Ronaldunun meydana kapitan sarğısı ilə çıxardığı "Mançester Yunayted" məğlub oldu. Əlbəttə, onun borcu matçdan sonra yenilginin səbəbini izah etməkdir. Qalib gəlirsinizsə, adətən qol vuran futbolçu və ya komandanın ulduzu açıqlama verir. Yox, uduzursunuzsa, ya qapıçı məğlubiyyətin səbəblərinə aydınlıq gətirməlidir, ya mərkəz müdafiəçisi, ya da kapitan.
Yaxşı, bəs niyə Ronaldudan heç nə eşitmədik? Kriştianu "Bu dəfə işimizin öhdəsindən gələ bilmədik. Daha çox çalışmalı və qarşıdakı matça hazır olmalıyıq" deməliydi. Amma biz artıq altı aydır ki, onun səsini eşitmirik".
Nihat