Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Estadio Deportivo" nəşri: "Vulverhempton"un yeni baş məşqçisi Xulen Lopeteqi "Real Madrid"dən iki futbolçu ilə heyətini gücləndirməyə ümid edir".
"Sport24.ru" saytı: "Budye Qlimtd"in qapıçısı Nikita Xaykinə Polşa, Almaniya və İngiltərə klubları maraq göstərir".
"Le Parisien" nəşıri: "PSJ "Atletiko Madrid"in hücumçusu Joau Felişi heyətinə qatmağı planlaşdırır. Portuqaliyalı ulduz Fransa klubunun əsas transfer hədəfidir".
"Football Italia" nəşri: "Yuventus" "Real Madrid"in müdafiəçisi Alvaro Odriosolanı heyətinə qatmağı planlaşdırır".
"Daily Mail" nəşri: "Southempton" Neytan Conson ilə uzunmüddətli müqavilə imzalayıb və o, tezliklə yeni komandasına qoşulacaq".
Emin Şəmsiyev