Məşhur MMA döyüşçüsü Aleksandr Yemelyanenko Rusiya millisinin sabiq hücumçusu Artyom Dzyuba ilə mümkün qarşılaşma barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, Yemelyanenko öz "YouTube" kanalında belə danışıb:
"Dzyubanın məni döyüşə çağırmaq üçün möhtəşəm imkanı var. Boks rinqində gücünü sınaya bilər. Amma mənə qarşı başqaları kimi döyüşəcəyinə inanmıram. Uzağı, bir zərbə endirməyə ümid edə bilər... Yəni mənə qarşı rinqdə heç bir şansı yoxdur. Bu, mənim ona qarşı futbol oynamağım kimi bir şey olar. Amma Artyomla döyüşməyi təklif etsələr, razılaşarıq. İdmanın kütləviləşməsi, sağlam həyat tərzinin təbliği baxımından maraqlı alınar. Bunu da deyim ki, futbolçulara inanan və məyus olan bütün azarkeşlərin adından onu effektli apperkota (aşağıdan yuxarı çənəyə endirilən zərbə - red.) qonaq edərəm".
Nihat