"Mançester Yunayted" kapitanı Harri Maquayrı yollamaq fikrindədir.
Fanat.Az xəbər verir ki, artıq müdafiəçiyə İPL-dən elçi var.
"Tottenhem" 30 yaşlı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "Telegraph" məlumat yayıb.
Yeni baş məşqçi Anqe Postekoğlunun gəlişindən sonra "Tottenhem" komandada təmizlik işləri aparacaq. Beləcə, İngiltərə millisinin üzvü üçün də heyətdə yer açılacaq.
"Mançester Yunayted"in də bu keçidə razılıq verəcəyi bildirilir. Belə ki, baş məşqçi Erik ten Haq üçün Maquayr müdafiəçilər içində artıq beşinci seçimdir. Bu durumdan narahat olan futbolçu da "Old Trafford"u tərk etmək istəyir.
Qeyd edək ki, Harri 2019-cu ildən "Mançester Yunayted"də çıxış edir. Bu müddətdə 119 oyunda meydana çıxan müdafiəçi 4 qola imza atıb.
Röya