Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının startına 10 gün qalıb.
Ölkəmizdə DÇ-2022-nin yayım hüququ İctimai Televiziyaya məxsusdur.
Fanat.Az-a danışan telekanalın idman departamentinin rəhbəri Kənan Hakimov oyunları kimlərin şərh edəcəyini açıqlayıb:
"Dünya şempionatını öz şərhçilərmizin təqdim edəcəyi dəqiqdir. Bunlar - Tural Dadaşov, Əhməd Əliyev və Ürfan Məmmədlidir. Yeri gəlmişkən, şərhlər bir nəfərin də təqdimatında ola bilər, iki nəfərin də. Bu da oyunun əhəmiyyətindən, çətinliyindən asılı olan məsələdir.
Tural Dadaşov
Əhməd Əliyev
Ürfan Məmmədli
DÇ-nin ölkəmizdə eksklüziv yayım hüququ İctimai Televiziyaya məxsusdur. Telekanal sözügedən çempionatın bütün oyunlarını təqdim etmək hüququna malikdir. Sualınıza cavab olaraq qeyd edim ki, Qətərə İTV-nin heç bir nümayəndəsinin göndərilə biləcəyi ilə bağlı məlumatım yoxdur. Mundial zamanı turnirə həsr olunmuş "Bol Futbol" verilişimiz də hər oyundan öncə və sonra efirdə olacaq".
Xatırladaq ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-nə qədər keçiriləcək.
Emin Şəmsiyev