"Ayntraxt Frankfurt"un futbolçusu Mario Götze Almaniya millisinin 2022-ci il dünya çempionatı üçün ərizəsinə daxil olmasını şərh edib.
Fanat.Az xəbər verir ki, yarımmüdafiəçi bu barədə sosial şəbəkələrdə yazıb:
"Milli komandanın heyətində olduğum üçün şadam. Güvənə görə məşqçilər korpusuna təşəkkür edirəm. Bu, son vaxtlar gördüyüm bütün işlərin mükafatıdır. Mənə inanan və dəstək olan hər kəsə təşəkkür edirəm. Milli komandanın bir hissəsi olmaqdan qürur duyuram".
Emin