Türkiyə Super Liqasında 14-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, bu gün daha 3 görüş reallaşıb.
Altı qolun qeydə alındığı “Fatih Karagümrük” - “Qaziantep” qarşılaşması heç-heçı bitib. “İstanbulspor” evdə “Hatayspor”a, “Kayserispor” isə “Konyaspor”a uduzub.
“Beşiktaş” - “Antalyaspor” matçı isə İstanbuldakı terror aktına görə təxirə salınıb.
14 turdan sonra 29 xalı olan “Fənərbağça” vahid liderdir. İkinci olan “Qalatasaray”ın 27 xalı varsa, “Adana Dəmirspor”, “Konyaspor” və “Başakşehir” hərəyə 24 xal toplayıb.
Super Liqa
XV tur
13 noyabr
Fatih Karagümrük – Qaziantep 3:3
Qollar: Baniya, 32; 52. Kuassi, 69 – E.Ersoy, 13. Fiqeyredo, 20. Mekrel, 65.
İstanbulspor – Hatayspor 0:1
Qol: El Kaabi, 24.
Kayserispor – Konyaspor 1:2
Qollar: Hosseini, 8 – Kalvo, 9. Diuf, 22-pen.
Beşiktaş – Antalyaspor matçı təxirə salınıb
12 noyabr
Sivasspor – Ümraniyəspor 2:2
Qollar: Yatabare, 32, Njie, 59 – Avunu, 27, Mrşiç, 83-pen.
Fənərbağça – Girəsunspor 1:2
Qollar: Valensiya, 19-pen – Sayns, 71; 83.
Başakşehir – Qalatasaray 0:7
Qollar: Aktürkoğlu, 14; 59; 85, İkardi, 45-pen. Ndayişimiye, 45+4-öz qapısına, Mertens, 65, Bardakçı, 88.
11 noyabr
Alanyaspor – Adana Dəmirspor 0:0
Ankaragücü – Trabzonspor 1:1
Qollar: Cigerci, 74-pen – Bardi, 70.