Misli Premyer Liqasında XIV turu çərçivəsində keçirilən "Şamaxı" - "Sumqayıt" (4:2) oyunundan sonra gərginlik yaşanıb.
Fanat.Az-ın Şamaxıya ezam olunmuş əməkdaşının məlumatına görə, qonaq komandanın futbolçuları ilə azarkeşləri arasında mübahisə baş verib .
Məğlubiyyəti həzm edə bilməyən fanatlarla komandanın üzvləri arasında gərginliyin böyüməsini "Sumqayıt"ın məşqçiləri əngəlləyib.