"Çelsi" özünün "Cobham" bazasındakı klub obyektlərini braziliyalı vunderkind Andrikin ailəsinə göstərib.
Fanat.Az xəbər verir ki, bu barədə "Sky Sports" saytı məlumat yayıb.
Üstəlik, istedadlı hücumçunun atası Duqlas məşq zamanı həmyerlisi Tiaqo Silva ilə tanış olub.
Belə ki, “mavilər” “Palmeyras”ın hücumçusunu öz heyətinə qatmağa çalışır.
London klubu mübarizədə “Real Madrid”, PSJ, “Liverpul” və “Mançester Siti”ni qabaqlamaq istəyir.
Emin