"Napoli"nin gürcüstanlı hücumçusu Xviça Kvaratsxeliya Neapolitan klubunun əfsanəsi Dieqo Maradona ilə müqayisə olunmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Corriere dello Sport" nəşri 21 yaşlı futbolçunun bu barədə dediklərini belə çatdırıb:
“Maradona ilə müqayisə olunmaqdan söz düşmüşkən, düşünürəm ki, heç kim onunla müqayisə oluna bilməz, o, futbol əfsanəsi idi. Onun kimi futbolçunun gələcəkdə meydana çıxacağını gözləmək çox çətindir. Təbii ki, azarkeşlər məni onunla müqayisə edəndə çox sevinirəm. Bu, mənim üçün çox şey deməkdir və özümü daha da məsuliyyətli hiss edirəm. Sizi belə bir oyunçu ilə müqayisə edəndə yalnız bununla fəxr edə və xoşbəxt ola bilərsiniz".
Gürcüstanlı hücumçu bu yaydan etibarən "Napoli"nin futbolçusu olub. Bu mövsüm 21 yaşlı Kvaratsxeliya A Seriyasında və Çempionlar Liqasında 17 matçda 8 qol vurub və 8 məhsuldar ötürmə edib. "Napoli"nin azarkeşləri oyunun yüksək səviyyəsinə görə futbolçuya "Maradona" ləqəbi veriblər.
Emin