Türkiyə Super Liqasının 14-cü turu çərçivəsində bu gün keçirilməli olan “Beşiktaş” - “Antalyaspor” matçı təxirə salınıb.
Fanat.Az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Buna İstanbulun "İstiqlal" küçəsindəki partlayışın səbəb olduğu vurğulanıb. Hadisə nəticəsində azı 6 nəfər ölüb, 53 nəfər yaralanıb. Bu üzdən də təhlükəsizlik səbəbi ilə “Beşiktaş”ın stadionunda keçirilməli olan matçın ertələnməsi uyğun sayılıb.
“Vodafone Park”da keçirilməli olan bu qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start verilməli idi. Arenaya toplaşan azarkeşlərin evlərinə getməsi xahiş olunub.