Futbol üzrə Xorvatiya çempionatında 17-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.
Zaqreblilər səfərdə “Riyeka” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 7:2.
Emreli 72-ci dəqiqədə meydana buraxılıb və ilk toxunuşdaca rəqib qapısına yol tapıb. Ardından sarı vərəqə alan azərbaycanlı forvard 85-ci dəqiqədə daha bir qol vurmaqla dublunu rəsmiləşdirib.
Qeyd edək ki, 17 tura 41 xal toplayan “Dinamo” çempionatın turnir cədvəlinin ilk pilləsindədir.