"Mançester Yunayted"in 37 yaşlı futbolçusu Kriştianu Ronaldu "qırmızı şeytanlar"ı tərk etməyə hazır olduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, "The Sun" onun dediklərini belə çatdırıb:
"Pikasso deyirdi ki, nəyisə bərpa etmək istəyirsinizsə, öncə dağıtmalısınız. Məndən başlasalar, bu, mənim üçün problem olmayacaq. Bu klubu və azarkeşləri sevirəm. Onlar mənim tərəfimdədirlər. Ancaq nəyisə dəyişmək istəsələr... Çox, lap çox iş görməlidirlər".